Bakı. Trend:
Ölkənin aparıcı kabel televiziya operatorlarında biri olan KATV1 (AG Telekom şirkətin ticarət nişanı), indi bütün dünyada geniş yayılan “COVİD-19” pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub. KATV1 ölkə başçısının təşəbbüsünü dəstəkləməyi özünə borc bilərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 100 000 (yüz min) manat məbləğində vəsait ayrılmasına dair qərar verib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq KATV1 korporativ sosial məsuliyyət strategiyalarına əsasən koronavirusla mübarizəyə, o cümlədən qarşısının alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir.
İşçi heyətinin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə yüksək önəm verən KATV1 kabel operatoru bütün zəruri tədbirləri həyata keçirir. O cümlədən:
- Ofislər və müştəri xidməti mərkəzləri mütəmadi dezinfeksiya edilib, dezinfeksiya vasitələri ilə təchiz edilib və işçilərə tibbi maskalar paylanılıb;
- İş yerləri xüsusi təmassız termometrlərlə təchiz olunub və girişdə işçilərin temperaturunun ölçülməsi təmin edilib;
- İşçi heyətinin böyük hissəsi “evdən iş” rejiminə keçirilib, bunun üçün zəruri imkanlar və onlayn həllər təqdim edilib, tədbirlər və iclaslar onlayn rejimə keçirilir.
Bununla yanaşı, ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə olaraq, "KATV1" öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının movcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:
- Online Müştəri Xidmətləri (www.katv1.az saytının vasitəsi ilə);
- +994 50 999 91 27 və +994 50 888 81 27 nömrələrində aktiv edilən Whatsapp çat xidməti;
- KATV1 rəsmi https://www.facebook.com/katv1.az/ və https://www.instagram.com/katv1_az/ səhifələri;
- 24 saat fəaliyyət göstərən KATV1 Çağrı Mərkəzi vasitəsilə (127);
İnternet trafikinin artımını nəzərə alaraq, şirkət əlavə İnternet həcmi ayırıb.
İnternet xidmətlərinə olan böyük tələbi nəzərə alaraq, yüksək keyfiyyətli sürətli şəbəkəyə çıxış üçün məlumat mərkəzinin imkanları genişlənir.
KATV1 mövcud olduğu bütün şəhərlərdə şəbəkənin keyfiyyətini artırmaq üçün yeni layihələrin həyata keçirməyə davam edir.
Tətil dövründə və müəyyən sosial təcrid tədbirlərinin tətbiqi ilə, rəqəmsal abunəçilərinə əlavə telekanalların paketlərini pulsuz təqdim etməklə yanaşı, abunəçilərinə fasiləsiz texniki dəstək xidməti təqdim edir. Çalışmalarımızın məqsədi müştərilərimizə ən yüksək texniki xidmət göstərmək üçün şəbəkənin etibarlılığını artırmaqdır.
KATV1 Operativ Qərargahın təlimatlarına uyğun olaraq ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif öhdəlikləri əməl edilməsində davam edəcəkdir. .
Fəaliyyət göstərdiyi 15 il ərzində şirkət ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub.
KATV1 Operativ Qərargahın təlimatlarına uyğun olaraq ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif öhdəlikləri əməl edilməsində davam edəcəkdir.
Fəaliyyət göstərdiyi 15 il ərzində şirkət ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub.