...

“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başlayıb

İqtisadiyyat Materials 9 Aprel 2020 19:24 (UTC +04:00)
“OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başlayıb

Bakı. Trend:

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü başlayıb.

Trend-in məlumatına görə, görüşün müzakirə mövzusu neft bazarının sabitləşdirilməsi və qiymətdəki ucuzlaşmanın qarşısının alınması üçün mövcud tədarük həcminin azaldılmasıdır. İclasda qeyri-OPEC ölkələrinin nazirləri iştirak edir və yeni "Əməkdaşlıq Bəyannaməsi" müzakirə olunur.

Qeyd edək ki, görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Xatırladaq ki, "Əməkdaşlıq Bəyannaməsi"nin icrası bu il martın 31-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti