Vüqar Bayramov: Azərbaycanda karantin rejimi ilə əlaqədar qərarlar koronavirusun yayılma miqyası və coğrafiyası ilə bağlıdır

Vüqar Bayramov: Azərbaycanda karantin rejimi ilə əlaqədar qərarlar koronavirusun yayılma miqyası və coğrafiyası ilə bağlıdır

Bakı. Orxan Cuvarlı – Trend:

Azərbaycanda karantin rejimi ilə bağlı olan qərarlar məhz koronavirusun yayılma miqyası və coğrafiyası ilə bağlı olacaq.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib..

V.Bayramov qeyd edib ki, Azərbaycan üçün də pandemiyanın iqtisadiyyatın müxtəlif sahələrinə təsirləri var:

"Azərbaycan pandemiyanın təsirlərinə çevik reaksiyalar verən və bu təsirləri minimumlaşdırmaq istiqamətində tədbirlər görən ölkələrdən biridir. Amma unutmamalıyıq ki, bu pandemiyanın nə qədər davam edəcəyi heç kimə məlum deyil. Postpandemiya dövrü ilə bağlı qlobal olaraq fərqli proqnozlar var. Virusun həm regionda, həm də qlobal sferada yayılma arealına uyğun olaraq görülən tədbirlər də dəyişir. Azərbaycanda karantin rejimi ilə bağlı olan qərarlar məhz koronavirusun yayılma miqyası və coğrafiyası ilə bağlı olacaq. İnkişaf etmiş ölkələrdə də karantin müddəti ilə bağlı qəbul edilən qərarlar uzadılır, dəyişilir. Azərbaycan hökuməti də növbəti mərhələdə çevik olaraq həm pandemiyanın yayılma dairəsini, həm də qlobal miqyasda təsirlərini nəzərə alaraq yeni qərarlar qəbul edəcək".

Deputat onu da bildirib ki, sosial məsələlər pandemiya dövründə də Azərbaycan hökuməti üçün prioritetliyini qoruyub saxlayır:

"Son günlər ərzində imzalanan sərəncam və qərarlarda sosial dəstəyin daha da gücləndirilməsi nəzərdə tutulub. Əsasən də sosial xidmət işçilərinin əmək haqlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması onların sosial təminatının gücləndirilməsi baxımından olduqca vacibdir. Bu, dövlətimizin sosial sahəyə olan diqqət və qayğısının daha bir təzahürüdür. Elektrik enerjisinin limitinin artırılması ilə bağlı qərar vətəndaşlarımızın pandemiya dövründə daha aşağı tarifli enerjidən istifadə imkanlarını genişləndirdi".

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə dövlət büdcəsində xərclərə yenidən baxılması və təcili olmayan xərclərin növbəti illərə keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, bu zaman həm investisiya, həm də cari xərclərə baxılacaq və onların strukturunun təkmilləşdirilməsi ilə bağlı addımlar atılacaq:

“Ölkə başçısı tərəfindən müəyyənləşdirilmiş əsas tapşırıq büdcə xərclənmələrində şəffaflığı gücləndirmək, eyni zamanda büdcənin gəlir və xərclər hissəsinin mövcud çağırışlara, o cümlədən xarici faktorların yaratdığı reallıqlara uyğunlaşdırmaqdan ibarətdir. 2020-ci ilin dövlət büdcəsində cari və investisiya xərclərinin strukturunda dəyişikliklərin olacağı gözlənilir. İlk üç ayın yekunları dövlət büdcəsinə proqnozdan əlavə vəsaitlərin cəlb edildiyini göstərir. Pandemiyanın təsirlərinə baxmayaraq, büdcəyə ötən ilin sözügedən dövrü ilə müqayisədə 300 milyon manat əlavə vəsait cəlb etmək mümkün olub”.

Deputat qeyd edib ki, pandemiyanın iqtisadi təsirlərinin fonunda, hələlik dövlət büdcəsinə qeyri-neft sektoru və vergi daxilolmalarından proqnozlaşdırılandan əlavə vəsaitlər cəlb edilib:

“Təbii ki, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkəyə daxil olan valyutanın həcminə təsir göstərir. Dövlət büdcəsində neft sektorunun 56 faiz olduğunu nəzərə alsaq, qeyri-neft sektoru cari ilin dövlət büdcəsinin 44 faizini formalaşdırır. Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəlikləri ümumi neft daxilolmalarının 84 faizini təşkil edir. Bu, ümumi büdcə gəlirlərinin 48 faizi deməkdir”.

V.Bayramov vurğulayıb ki, Dövlət Neft Fondu cari ildə dövlət büdcəsinə 6,7 milyard dollar vəsait transfer etməlidir:

“Aktivlərini nəzərə alsaq görərik ki, Fondun bu istiqamətdə vəsait transferində hər hansı bir çətinliyi yoxdur. Qlobal çağırışlar fonunda büdcənin xərc strukturunun təkmilləşdirilməsi vacibdir. Dövlət başçısı vurğulayıb ki, 2020-ci ildə büdcədə proqnozlaşdırılan sosial xərclər, eləcə də sosial proqramların maliyyələşdirilməsi və büdcədən pensiya və əmək haqlarının ödənməsi ilə bağlı hər hansı bir dəyişiklik olmayacaq. 2020-ci ildə dövlət büdcəsi sosial istiqamətdə nəzərdə tutulan vəsaiti tam olaraq maliyyələşdirəcək”.

Millət vəkilinin sözlərinə görə, büdcə xərclərinin 38,5 faizinin birbaşa sosial ayırmalar olduğunu nəzərə alsaq görərik ki, dövlət büdcəsi mövcud maliyyə imkanları çərçivəsində sosial xərcləri tam olaraq ödəmək gücündədir.

Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
Norm şirkəti “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edir (FOTO)
Norm şirkəti “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində iştirak edir (FOTO)
ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir
ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir
Loading Bars
Xəbər lenti
Qazaxıstanda koronavirusa daha 1 677 nəfər yoluxub
Sorğu: Baydenin reytinqi rekord dərəcədə düşüb
Kolumbiyanın ən böyük narkokartelinin başçısı saxlanılıb
"Tesla" flaqman modellərinin qiymətini 5 min dollar artırıb
Almaniyada koronavirusa yoluxma hallarının sayı rekord dərəcədə artıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 40 minə yaxın insan iştirak edib
Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub
Türkiyədə son sutkada koronavirusdan 27 663 nəfər sağalıb
Bu gün Özbəksitanda prezident seçkiləri keçiriləcək
Çində 2,24 milyard peyvənd istifadə edilib
Azərbaycanda sərnişinlərin istifadə etdiyi əsas nəqliyyat vasitələri bunlardır
Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 24 oktyabr
Azərbaycanda ipoteka və istehlak kreditlərinin həcmi artıb
ABŞ-da atışma olub: 1 nəfər ölüb, 7 nəfər yaralanıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Ombudsmanın faktaraşdırıcı missiyaları ilə bağlı hesabatları Frankfurt Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən fotolar paylaşıb (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim başa çatıb (VİDEO)
Ceyhun Bayramovun iranlı həmkarı ilə telefon danışığı baş tutub
Ərdoğan 10 ölkənin səfirini "persona non-qrata" elan etməyi tələb edib
Araik Arutyunyanın Rusiyaya səfəri yalnız şəxsi xarakter daşıyır - Azərbaycanın Rusiyadakı Səfirliyi
Qubada 2 otaqlı ev yanıb
Mingəçevir Dövlət Universitetində şəhid məzunların xatirəsinə həsr olunan anım tədbiri keçirilib (FOTO)
Aslan Aslanov: Türk dünyasının birliyinin və güclənməsinin əhəmiyyətini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ illər öncə təkrar-təkrar vurğulayıb (FOTO)
Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 315 nəfər COVID-19-a yoluxub, 22 nəfər vəfat edib
İqtisadiyyat naziri Atlantik Şurası Millennium Liderlik Proqramının məzunlarının suallarını cavablandırıb (FOTO)
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Azərbaycan XİN Macarıstanı təbrik edib
Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələnib (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov
Bərdə sakinlərindən “patı” və heroin götürülüb (FOTO)
Covid-19 pasportunu saxta yollarla əldə edən və onu satan şəxslər saxlanılıb (VİDEO)
Ekvadorda yüngül atlet güllələnib
İranda koronavirusdan ölənlərin sayı 125 min nəfəri keçib
Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Canəli Əkbərovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar
Londonda Vətən müharibəsinin ildönümünə həsr olunmuş tədbir keçiriləcək
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib
Bakıda restorana gedən koronavirus xəstəsi saxlanıldı
Şəkidə qənnadı istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
“Naxçıvan şəhidləri” kitabının təqdimatı olub (FOTO/VİDEO)
Xızı və Şabranda COVİD-19-a qarşı tədbirlər gücləndirilib (FOTO)
Şəhid Əliyev İbrahimin doğum günü məzarı önündə qeyd olunub (FOTO)
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxslər saxlanılıb (FOTO)
Hazırda tədavüldə olan milli valyutanın nominal strukturu beynəlxalq təcrübəyə tam uyğundur - Mərkəzi Bank
Xəzər dənizində mina aşkarlanıb (FOTO/VİDEO)
Azərbaycanda mobil operatorların gəlirləri açıqlanıb
Rusiyada koronavirusdan ölənlərin sayı 230 minə çatır
Ötən gün toylarda 13 nəfər cərimələnib (FOTO/VİDEO)
Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Ərini boğaraq öldürən qadının məhkəməsi başlayır
Bakıda 27 yaşlı qadın itkin düşüb
Bazar günü hava necə olacaq?
Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib - Akar
Azərbaycanda stolüstü kompüterlərin istehsalı xeyli artıb
Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir
Karantini pozan restoran dörd min manat cərimələndi
Müdafiə naziri Laçında keçirilən komanda-qərargah təlimini izləyib (FOTO/VİDEO)
ƏƏSMN vətəndaş müraciətlərinin sayını açıqlayıb
9 ayda ölkədə 57 partlayış olub, 9 nəfər ölüb
"YAŞAT" Fonduna daxil olan vəsaitlərin 43 faizdən çoxu şəhid və qazi ailələrinin məişət probleminə xərclənib
Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
Bu il baş verən təbii hadisələrdə 2 nəfər ölüb
Bu il Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb
Qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Hindistanda qar uçqununda 11 nəfər həlak olub
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb
Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycana qoyduğu investisiyanın həcmini açıqladı
Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub (FOTO)
Bakı Kitab Mərkəzində "Xayku Xəzərin dalğalarında" respublika müsabiqəsinə yekun vurulub (FOTO)
Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib
NASA gələn il Aya ilk uçuşu planlaşdırır
Tunisdə vaksinasiya pasportları tətbiq olunacaq
Facebook-un mümkün yeni adı məlum oldu
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
"Rik" tropik fırtınası Meksikanın Sakit okean sahillərində yaranıb
Türkiyədə son sutkada koronavirusdan 30 302 nəfər sağalıb
Pakistanın şimal-şərqində iğtişaşlar zamanı üç polis əməkdaşı ölüb
Mədəniyyət Nazirliyi Canəli Əkbərovun ölümü ilə bağlı nekroloq yayıb
Gəncə sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
44 günlük Vətən müharibəsinin xronikası: 23 oktyabr
"Apple" ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır
Yaponiya öz "nüvə potensialını" bərpa edəcək
Xalq artisti Canəli Əkbərov vəfat edib
ABŞ-da Əfqanıstanlı qaçqınlara yardım üçün 976 milyon dollara qədər vəsait ayrılacaq
Zəngilanın iqtisadi və turizm baxımından böyük potensialı var - ŞƏRH
Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunub (FOTO)
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var? - RƏSMİ
DGK sədri "Xanoba" gömrük postunda aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır - Vüqar Rəhimzadə
Fransa məhkəməsi Hadrutun keçmiş separatçı rəhbərliyi ilə imzalanmış daha bir qanunsuz sənədi ləğv etdi
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
Ağdam sakini bıçaqlanıb
Bütün xəbərlər