...

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat Materials 8 May 2020 11:20 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 25,1 dollar/barel olub
Azərbaycan nefti bahalaşdı

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 7-də 31,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,86 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 30,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 28,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 25,1 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,08 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti