...

Azərbaycanda maska və dezinfeksiyaedici məhlullarla bağlı qıtlıq yoxdur

İqtisadiyyat Materials 15 May 2020 18:27 (UTC +04:00)
Azərbaycanda maska və dezinfeksiya edici məhlullarla bağlı qıtlıq yoxdur.
Azərbaycanda maska və dezinfeksiyaedici məhlullarla bağlı qıtlıq yoxdur

Baklı. Samir Əli - Trend:

Azərbaycanda maska və dezinfeksiyaedici məhlullarla bağlı qıtlıq yoxdur.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, apteklərdə tibbi maskaların satılmaması barədə yayılan məlumat həqiqətə uyğun deyil: “Bizim istehsal gücümüz gündə 500 mindir. Amma hələlik ciddi ehtiyac olmadığından müəssisələrdə istehsal tam gücü ilə həyata keçirilmir".

Hökumət rəsmisi əlavə edib ki, maskaların qiyməti məsələsinə növbəti mərhələdə baxıla bilər: "Azərbaycana idxal olunan maskaların qiyməti aptekdə satılan qiymətdən daha bahadır. Azərbaycan dövləti yaranmış əlavə məbləği özü ödəyir ki, maskalar apteklərdə 30 qəpikdən baha satılmasın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti