...

May ayının bütün pensiya ödənişləri başa çatdırılıb

İqtisadiyyat Materials 15 May 2020 21:59 (UTC +04:00)
May ayının bütün pensiya ödənişləri başa çatdırılıb

Bakı. Trend:

Respublika üzrə may ayının bütün pensiya ödənişləri başa çatdırılıb.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, 1 268 090 (o cümlədən, yaşı 65 və yuxarı olan 646 150) pensiyaçıdan Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR qeydiyyatında olan 408 490 (o cümlədən, yaşı 65 və yuxarı olan 213 137) pensiyaçıya əmək pensiyası 6-8 may tarixlərində ödənilib.

Fazil Talıbov əlavə edib ki, digər şəhər və rayonlar üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə 859 600 (o cümlədən, yaşı 65 və yuxarı olan 433 013) pensiyaçının pensiyası isə bu gün may ayının 15-də onların bank hesablarına köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti