...

Bu il dövlət büdcəsinin gəlirləri 17 faiz artıb

İqtisadiyyat Materials 11 İyun 2020 09:04 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 10 milyard 527,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 17 faiz artıb.

Qeyd olunan müddət ərzində dövlət büdcəsinin xərcləri 9 milyard 392,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır.

Beləliklə, bu ilin 5 ayı ərzində dövlət büdcəsinin 1 milyard 135,3 milyon manat profisiti yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti