...

Dönərxanalarla bağlı yeni layihənin icrasına başlanılır

İqtisadiyyat Materials 15 Sentyabr 2020 11:12 (UTC +04:00)
Dönərxanalarla bağlı yeni layihənin icrasına başlanılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Dönərxanalar kiçik obyektlər olduğundan onların bir çox hallarda standartlara uyğunlaşdırma baxımından dəstəyə ehtiyacları olur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması məqsədilə icrasına başlanılan yeni layihəyə həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, AQTA ölkə rəhbərliyi tərəfindən təsis edildikdən sonra qida təhlükəsizliyi üzrə standartların tətbiqi ilə bağlı araşdırmalar aparır: “Təhlillər nəticəsində məlum oldu ki, dönərxanalar kiçik obyektlər olduğundan bir çox hallarda standartlara uyğunlaşdırma baxımından dəstəyə ehtiyacı olur. Nümunəvi dönər bizneslərinin yaradılması layihəsi çərçivəsində seçilmiş dönər biznesi obyektlərində sahibkarların əhaliyə təhlükəsiz məhsul təqdim etməsi üçün dəstəyin göstərilməsi planlaşdırılır. Bu dəstəyə avadanlıqlar, xidmətlər, yenidənqurma işləri daxildir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti