...

Azərbaycanda ilk dəfə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” keçiriləcək

İqtisadiyyat Materials 17 Noyabr 2020 16:11 (UTC +04:00)
Azərbaycanda ilk dəfə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” keçiriləcək

Bakı. Samir Əli - Trend:

4-6 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" və "NewSpace" şirkətinin təşkilatçılığı ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçiriləcək.

Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, tədbir “İDRAK Texnoloji Transfer” MMC-nin və “Paşa Bank”ın sponsorluğu ilə reallaşdırılacaq.

Ölkəmizdə ilk dəfə və onlayn formada keçiriləcək tədbirdə mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat mövzuları müzakirə olunacaq. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələlərinə toxunulacaq.

Tədbirin əsas məqsədləri sırasında Qarabağ həqiqətlərini dünyaya çatdırmaq xüsusi yer tutur.

Hakatonda iştirak etmək istəyən şəxslər 30 noyabr tarixinədək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün link: globaldeftech.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti