...

Gələn ilin büdcəsini işğaldan azad edilmiş ərazilərə vəsait sərf edən ilk dövlət büdcəsi hesab etmək olar - Vüqar Gülməmmədov

İqtisadiyyat Materials 23 Dekabr 2020 13:25 (UTC +04:00)
Gələn ilin büdcəsini işğaldan azad edilmiş ərazilərə vəsait sərf edən ilk dövlət büdcəsi hesab etmək olar - Vüqar Gülməmmədov

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin dövlət büdcəsini işğaldan azad edilmiş ərazilərə vəsait sərf edən ilk dövlət büdcəsi hesab etmək olar. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

V.Gülməmmədov qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu 30 il yaxın müddət ərzində işğal altında qalan torpaqları azad etdi.

O, vurğulayıb ki, 2021-ci ilin dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərdə bərpa işləri üçün 2.2 milyard manat vəsait ayrılıb:

"Bu ərazilərin bərpası üçün lazımi tədbirlər həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti