Bakı. Tamilla Məmmədova, tərcümə Orxan Nəbiyev - Trend:
Pandemiya dövründə Azərbaycan və Gürcüstan səfirliklərinin dəstəyi ilə hər iki ölkənin vətəndaşlarına böyük kömək göstərilib.
Trend-in məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.
Səfir bildirib ki, Tbilisi həm turizm, həm də tranzit baxımından Azərbaycan üçün daha maraqlı istiqamətə çevrilir:
"Tbilisi hava limanından Amsterdam, Vyana, Berlin, Münhen, Paris, İstanbul, Afina və digər şəhərlərə reyslər keçirir".
Z.Pataradze bildirib ki, AZAL martın 19-dan başlayaraq həftədə üç dəfə Gürcüstana uçuşlar edəcək:
"Tələb yüksəkdir və biz reyslərin sayını artıra bilərik. Biz uçuşların başlanmasını nikbinliklə qeyd edirik və vaksinasiya prosesinin operativ davam edəcəyinə ümid bəsləyirik".