...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 26 Mart 2021 12:17 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 25-də 61,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,37 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,39 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,47 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,26 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,38 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti