...

Rusiya İranın Xəzərin statusu ilə bağlı sənədi ratifikasiya edəcəyini gözləyir - Lavrov

İqtisadiyyat Materials 8 Aprel 2021 12:51 (UTC +04:00)
Rusiya İranın Xəzərin statusu ilə bağlı sənədi ratifikasiya edəcəyini gözləyir - Lavrov

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya İranın tezliklə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanı ratifikasiya edəcəyini gözləyir.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın baş nazir müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, o zaman bu vacib konvensiya qüvvəyə minəcək və Xəzər dənizində qarşılıqlı əməkdaşlığın əsasını möhkəmləndirəcək.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti