...

"Aztelekom"a yeni təyinat olub

İqtisadiyyat Materials 22 Aprel 2021 11:57 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC-nin rəhbərliyinə təyinat olub.

Trend-in məlumatına görə, nazir Rəşad Nəbiyevin əmri ilə Samir Məmmədov müəssisənin baş direktoru vəzifələrini müvəqqəti icra edən təyin olunub.

Nazirliyin şöbə müdiri olan S.Məmmədov bu vəzifədən kənarlaşdırılmış Suat Paşayevi əvəz edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti