...

Pambıq əkini üçün fermerlərə gübrələrin verilməsinə başlanılıb

İqtisadiyyat Materials 5 May 2021 12:50 (UTC +04:00)
Pambıq əkini üçün fermerlərə gübrələrin verilməsinə başlanılıb

Bakı. Samir Əli - Trend:

Azərbaycanda pambıq əkini prosesi davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, pambıq əkilən sahələr aqrotexniki qaydalara uyğun olaraq hazırlanmış və səpin üçün lazım olan bütün texnikalar ilə təmin edilib. “Aqroservis” ASC tərəfindən əkin üçün fermerlərə lazım olacaq bütün texnika dəstəyi və mineral gübrə təminatı operativ şəkildə ödənilir.

Belə ki, yazlıq pambıq əkini üçün şumaltı gübrə olaraq ammofos gübrəsi də verilir.

Cəmiyyətin bütün regional nümayəndəliklərində və rayon bölmələrinin gübrə anbarlarında, həmçinin uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə səyyar xidmət vasitəsi ilə fosforlu mineral gübrələrin fermerlərə çatdırılması təşkil edilir. Səyyar xidmətlər gündəlik olaraq ölkə ərazisində 20 nöqtədə fəaliyyət göstərir. Növbəti həftə Azərbaycanda qeyri-iş günləri olmasına baxmayaraq, mövsümü işlərin dayanmaması üçün “Aqroservis” ASC-nin rayon bölmələri gücləndirilmiş iş rejimində işləyəcəklər. Bu müddət ərzində fermerlər Cəmiyyətin rayon bölmələrinə müraciət edərək xidmətlərdən istifadə edə biləcəklər.

Ümumiyyətlə, “Aqroservis” ASC pambığın əkinində lazım olacaq aqrotexniki xidmətlərlə bağlı fermerlərə dəstək olmağa davam edir. Hazırda pambıq əkini üçün sahənin şumlanması, səpini, kultivasiyası və s. işlərin həyata keçirilməsi üçün ASC tərəfindən fermerlərə aqrotexniki xidmətlər göstərilir.

Qeyd edək ki, həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən çox gəlir gətirən sahəsinə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti