...

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq

İqtisadiyyat Materials 12 İyul 2021 17:00 (UTC +04:00)

Bakı. Trend:

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə məlumat Prezident İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.

Fərmanda qeyd olunub ki, Energetika Nazirliyi “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını doqquz ay müddətində təmin etməli və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməli və həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti