Bakı. Trend:
İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət Nümayəndəliyi ofisinin açılış mərasimi olub.
Trend xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin "Twitter" hesabında bildirilib.
"Bu gün Azərbaycan İsrail əlaqələrinin tarixində vacib bir gündür" - deyə, səfirlik qeyd edib.
Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov iştirak edib.