...

Azərbaycan və Türkiyə iqtisadi sahədə bir-birini tamamlayan iki ölkədir - Nazir (VİDEO)

İqtisadiyyat Materials 10 Sentyabr 2021 10:20 (UTC +04:00)
Azərbaycan və Türkiyə iqtisadi sahədə bir-birini tamamlayan iki ölkədir - Nazir (VİDEO)

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan və Türkiyənin iqtisadiyyatına nəzər salsaq, görərik ki, rəqib deyil, bir-birini tamamlayan iki ölkədir.

Trend-in məlumatına görə, bunu Türkiyənin ticarət naziri Mehmet Muş deyib.

O bildirib ki, iki ölkə arasında ticarət əlaqələri çox yaxşı səviyyədədir və bunun daha da inkişaf etdirilməsi planlaşdırılır:

"Azərbaycanın bütün sahələrində Türkiyə şirkətləri yer almaq istəyir. Bizim də nazir olaraq vəzifəmiz bu istiqamətdə əməkdaşlıqları təmin etməkdir. Bunu etsək, həm Türkiyə, həm də Azərbaycan şirkətləri böyük uğurlara imza atacaq".

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti