...

Azərbaycanda görülən tədbirlər sahibkarlara pandemiyadan az itkilərlə çıxmağa kömək etdi - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 10 Sentyabr 2021 11:16 (UTC +04:00)
Azərbaycanda görülən tədbirlər sahibkarlara pandemiyadan az itkilərlə çıxmağa kömək etdi - Mikayıl Cabbarov

Bakı. Orxan Nəbiyev - Trend:

Görülən tədbirlər sahibkarlara pandemiyadan az itkilərlə çıxmağa kömək etdi.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

Nazir bildirib ki, Azərbaycan hökuməti koronavirus pandemiyası ilə mübarizəyə 2,5 milyard dollar vəsait ayırıb. Bu vəsait ölkədə bir sıra işgüzar və sosial strukturlara yönəldilib:

"Görülən tədbirlər sahibkarlara pandemiyadan az itkilərlə çıxmağa kömək etdi".

Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Bağdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti