...

ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb

İqtisadiyyat Materials 21 Oktyabr 2021 17:41 (UTC +04:00)
ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 444,5 milyon manat, büdcə xərcləri isə 7 328,2 milyon manat təşkil edib.

Trend bu barədə ARDNF-yə istinadən xəbər verir.

Məlumata görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 178,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 384,4 milyon manat, bonus ödənişləri 772,0 milyon manat, tranzit gəlirləri 16,5 milyon manat, akrhesabı ödənişlər 5,3 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 266,3 milyon manata bərabər olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 7 309,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 3,4 milyon manat yönəldilib. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,1 milyon manat təşkil edib

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 990,6 milyon manat təşkil edib.

2021-ci il sentyabr ayının 30-a ARDNF-nin aktivləri 2021-ci ilin əvvəlinə (43 564,3 milyon ABŞ dolları) nisbətən 1.52% artaraq 44 226,4 milyon ABŞ dolları təşkil edib.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti