...

BP ilə birgə layihənin gələn ildən başlanılması planlaşdırılır - Nazir

İqtisadiyyat Materials 9 Dekabr 2021 14:42 (UTC +04:00)
BP ilə birgə layihənin gələn ildən başlanılması planlaşdırılır - Nazir

Bakı. Çingiz Səfərli - Trend:

Bərpa olunan enerji sahəsində mütəxəssis hazırlığı ilə bağlı BP şirkəti ilə birgə layihənin reallaşdırılmasına növbəti ildən başlanılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, layihə iki istiqamət üzrə həyata keçiriləcək.

"Bu, tədris proqramının təsis edilməsi və bərpa olunan enerji sahəsində yeni tədqiqatların aparılması, startapların irəli çəkilməsini əhatə edəcək. Hazırda layihə çərçivəsində Türkiyə və Böyük Britaniyadan olan universitetlərlə də əməkdaşlıqların qurulmasına çalışırıq ki, tədqiqat hissəsində beynəlxalq tədqiqatçıları da cəlb edə bilək" - nazir əlavə edib.

Qeyd edək ki, layihəyə əsasən yeni magistr proqramı çərçivəsində hər il bərpa olunan enerji mənbələri sahəsində təxminən 40 yerli mütəxəssisin hazırlanması gözlənilir. Layihəni Təhsil Nazirliyi və BP birgə maliyyələşdirəcək. BP bu layihəyə 2 milyon dollar vəsait qoyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti