Bakı. Trend:
Asiyada tələbatın azalması səbəbindən Avropa bazarına rekord həcmdə maye qaz çıxarılacaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Gas Infrastructure Europe-un məlumatlarına görə, 2022-ci ilin yanvar ayında LNG idxalı 10 milyard kubmetri keçəcək. Əvvəlki maksimum 2019-cu ilin noyabrında qeydə alınıb - 9,1 milyard kubmetr civarında qeydə alınmışdır.
Bununla yanaşı, yanvarın 18-də terminalların potensialının istifadə səviyyəsi maksimal ötürmə qabiliyyətinin 73%-i olmaqla rekord həddə çatıb. LNG terminallarından Avropanın qaz nəqli sisteminə 393 milyon kubmetr çatdırılıb; sərbəst güc ehtiyatı 146 milyon kubmetr təşkil edib.