...

Astaraçay üzərində yeni körpünün təməli qoyulub (FOTO)

İqtisadiyyat 25 Yanvar 2022 17:25
Astaraçay üzərində yeni körpünün təməli qoyulub (FOTO)

Trend-i buradan izləyin

Astara. Trend:

İranla Azərbaycan arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyulub.

Trend xəbər verir ki, yeni avtomobil körpüsünün tikintisi ilin sonun qədər başa çatacaq.

Təməlqoyma mərasimində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi və digər Azərbaycan və İran rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti