...

ARDNF Türkiyə Mərkəzi Bankına 1 milyard avro depozit qoyub

İqtisadiyyat Materials 28 Yanvar 2022 16:41
ARDNF Türkiyə Mərkəzi Bankına 1 milyard avro depozit qoyub

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə Respublikasının Mərkəzi Bankında yerləşdirdiyi depozitlərə dair məlumat açıqlayıb.

Fonddan Trend-ə bildirilib ki, ARDNF tərəfindən cari ilin yanvar ayında ümumi həcmi 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depozit mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirilib.

Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-nin investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilmiş və 27 yanvar 2022-ci il tarixində yekunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti