Bakı. Sədrəddin Ağcayev - Trend:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Qara dəniz və Azov dənizi istiqamətində yük daşınması ilə bağlı müqavilələri ləğv edib.
Bunu Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib.
Onun sözlərinə görə, ASCO gəmiləri təhlükəsiz sulardadır, "Hüseyn Cavid" quru yük gəmisi isə təhlükəsizlik məqsədilə Rumıniya sahillərinə hərəkət edib.
"Biz vəziyyəti diqqətdə saxlayırıq, gəmilərin və heyət üzvlərinin təhlükəsizliyinin təmin olunması üzrə bütün mümkün tədbirlər görülür", - M.Medhiyev deyib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)