...

“ABAD” məhsulları “Amazon” və “eBay”da satışa çıxarılıb

İqtisadiyyat Materials 4 Aprel 2022 14:47 (UTC +04:00)
“ABAD” məhsulları “Amazon” və “eBay”da satışa çıxarılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“ABAD” publik hüquqi şəxs və Azexport.az portalının birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələri “Amazon” və “eBay” elektron ticarət platformalarında beynəlxalq alıcılara təqdim olunub.

Bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.

Layihənin başlıca məqsədi “ABAD” üzvləri olan fərdi şəxslər tərəfindən ərsəyə gətirilən məhsulların ixrac potensialının artırılması, həmçinin, Azərbaycanın xalq sənətkarlığı nümünələrinin beynəlxalq rəqəmsal mühitdə təbliğinə əlavə dəstək göstərməkdir.

Hazırda “Amazon” və “eBay” platformalarında satışlar əsasən “B2C” və “C2C” seqmentlər arasında həyata keçirildiyindən çəki, qabarit və növü beynəlxalq poçt daşıma tələblərinə cavab verən məhsullar portallara inteqrasiya olunub. Nümayiş etdirilən məhsul sayının və çeşidinin mərhələli şəkildə artırılması nəzərdə tutulub.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı məqsədi ilə fəaliyyət göstərir. “ABAD”ın dəstək proqramına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, satışın təşkili və s. kimi xidmətlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti