...

STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı barja yanalma körpüsünə toxunub

İqtisadiyyat Materials 10 Aprel 2022 19:27 (UTC +04:00)
STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı barja yanalma körpüsünə toxunub

Bakı. Trend:

Aprelin 9-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.

“BOS Shelf”dən Trend-ə bildiriblər ki, əməliyyat dərhal dayandırılaraq dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib.

Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur.

Dayaq blokunun yerdəyişmə işləri bərpa edilərək aprelin 10-da gün ərzində adi qaydada icra olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti