...

Aİ Rusiyadan enerji daşıyıcılarından imtina etməsi planını təqdim edəcək

İqtisadiyyat Materials 18 May 2022 05:47 (UTC +04:00)
Aİ Rusiyadan enerji daşıyıcılarından imtina etməsi planını təqdim edəcək

Bakı. Trend:

Avropa Komissiyası 2027-ci ilə qədər Rusiyadan enerji daşıyıcılarından imtina etməsi ilə bağlı 210 milyard avroluq plan təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi sənədlərin layihələrinə istinadən bildirib.

Qeyd olunub ki, bu plan üç mərhələdən ibarət olacaq. Layihə çərçivəsində Brüssel digər ölkələrdən qaz idxalına başlamaq, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirmək, həmçinin enerjiyə qənaət etmək üçün daha çox səy göstərmək niyyətindədir.

Bildirilib ki, digər ölkələrdən qaz idxalını artırmaq planının bir hissəsi Misir, İsrail və Nigeriya kimi ölkələrdən mayel təbii qaz tədarükünün artırılması imkanı vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti