Bakı. Trend:
İsrail texnologiyaları Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına kömək edəcək.
Trend-in məlumatına görə, bunu İsrailin Kənd Təsərrüfatı və Kənd Rayonlarının İnkişafı Nazirliyində baş direktorun müavini İrena Ettinger-Vaynşteyn Azərbaycan-İsrail biznes forumunda deyib.
Onun sözlərinə görə, İsrail və Azərbaycan kənd təsərrüfatı sektorunda uğurlu tərəfdaş ola bilərlər.
"İsrail texnologiyaları, bacarıqları və təcrübəsi Azərbaycanda kənd təsərrüfatı inkişafı prosesində faydalı ola bilər", - deyə o bildirib.
İrena Ettinger əlavə edib ki, İsrail kənd təsərrüfatı nazirinin dünənki görüşlərinin nəticəsində bu sektorda əlaqələrin inkişafı üçün işçi qruplar yaradılıb.
(Tərcümə: Orxan Nəbiyev)