...

Azərbaycanla qaz müqavilələri Gürcüstanda inflyasiyanın təsirini yumşalda bilər – Milli Bank

İqtisadiyyat Materials 19 May 2022 18:12 (UTC +04:00)
Azərbaycanla qaz müqavilələri Gürcüstanda inflyasiyanın təsirini yumşalda bilər – Milli Bank
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla qaz müqavilələri Gürcüstanda inflyasiyanın təsirini yumşalda bilər.

Trend-in məlumatına görə, bunu Gürcüstan Milli Bankının sədri Koba Qvenetadze deyib.

Onun sözlərinə görə, neft qiymətlərinin artması dövlətin enerji daşıyıcıları qiymətlərini subsidiyalaşdırmadığı ölkələrə təsir göstərir.

"Gürcüstanda dövlət enerji daşıyıcıları qiymətlərini subsidiyalaşdırmır. Ona görə də daxili bazarda enerji qiymətləri artır. Amma qaz qiymətləri ilə bağlı vəziyyət fərqlidir. Belə ki, mavi yanacaq tədarükü ilə bağlı qısamüddətli ikitərəfli müqavilələr inflyasiyanın təsirini yumşalda bilər", - K.Qvenetadze deyib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, 2022-ci ildə Gürcüstanda 9,9 faiz təşkil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti