Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Litvanın Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyasının baş direktoru xanım Gedre Rajiskinee arasında görüş keçirilib.
Agentlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Litva Biznes Forumu çərçivəsində iki qurum arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumdan irəli gələn məsələlər müzakirə edilib.