...

Azərbaycan bizim Qafqaza açılan qapımızdır - İzmir Ticarət Palatası

İqtisadiyyat Materials 20 May 2022 12:30
Azərbaycan bizim Qafqaza açılan qapımızdır - İzmir Ticarət Palatası

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əsas hədəfimiz Azərbaycanla əməkdaşlıq edib, hər iki ölkədən iş adamalarını bir araya gətirərək, ticari əlaqələri genişləndirməkdir.

Bu barədə Trend-in suallarını cavablayarkən İzmir Ticarət Platasının üzvü Melih Tunç Tandoğan deyib.

O qeyd edib ki, hazırda İzmir Ticarət Palatasının fərqli sektorlardan ibarət 90 min üzvü var.

"Əgər Azərbaycandan hər hansı bir sektordan müraciət olarsa, biz dərhal onunla İzmirdə müvafiq sahədə çalışan qrup arasında əlaqə yaradılmasını təmin edirik. Azərbaycanda bir neçə şirkətlə görüşərək mümkün ola biləcək əməkdaşlıq perspektivlərini müzakirə etmişik. Məqsədmiz birlikdə iş görüb, təcrübələrimizi bölüşərək ticarəti inkişaf etdirməkdir. Azərbaycan bizim Qafqaza açılan qapımızdır. Gələcəkdə iki ölkə arasında çox mühüm əməkdaşlıqlar olacağına, ticarətin inkişaf etdiriləcəyinə inanırıq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti