Bakı. Trend:
Azərbaycanla Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması məsələsi müzakirə olunur.
Trend-in məlumatına görə, bunu Qazaxıstanın Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərininin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması ilə bağlı dəyirmi masa zamanı deyib.
"Bugünkü gün Qazaxıstanda 500-dən Azərbaycan şirkəti qeydiyyatdan keçib. Bununla əlaqədar olaraq Azərbaycanla Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması zərurəti mövcuddur", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması da iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə verəcək.
(Tərcümə: Orxan Nəbiyev)