...

Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə tufanla əlaqədar hava limanına qayıdıb

İqtisadiyyat Materials 23 May 2022 21:14 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti