...

"Azərişıq" bu xidməti ödənişsiz həyata keçirəcək

İqtisadiyyat Materials 6 İyun 2022 12:04 (UTC +04:00)
"Azərişıq" bu xidməti ödənişsiz həyata keçirəcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Azərişıq"ASC-nin elektron xidmətlərinə daha bir yenilik əlavə edilib.

Trend-in məlumatına görə, tətbiq edilən yeni xidmətlərlə artıq abonentlər evdən çıxmadan elektron hökümət üzərindən onlayn qaydada abonent kodunun addan-ada keçirilməsini həyata keçirə biləcək.

Üstəlik bu xidmət əvvəl aidiyyəti üzrə ödənişli həyata keçirildiyi halda, bu gün onlayn qaydada ödənişsiz həyata keçiriləcək.

"Azərişıq"ASC-nin İnformasiya Texnologiyalar Depatamentin direktor müavini Vüsal İsayev abonentlərin yeni xidmətlərdən hansı şəkildə faydalana biləcəkləri barədə məlumat verib:

"Yeni elektron xidmətlərə əhali abonentlərinin geniş tarixçənin verilməsi, əhali və qeyri-əhali abonentlərində sayğac zədələnməsi ilə bağlı elektron qaydada müraciət etmək funksiyası aktivləşdirilib.

Eyni zamanda xarici və yerli investorların "Azərişıq" ASC elektrik şəbəkəsinə qoşulması ilə bağlı ASAN xidmət mərkəzlərinə və ASAN Kommunal mərkəzlərinə getmədən onlayn qaydada müraciət edə biləcəklər. Sayğac qoyulana qədər investorların qurum əməkdaşları ilə heç bir təması olmayacaq".

Bununla yanaşı müraciətlər, müraciətə baxılma müddəti və digər bütün detallar elektron hökümət portalı üzərində "Azərişıq" ASC-nin bazasında qalacaq.

Qeyd edək ki, ASAN Kommunal üzərindən artıq "Azərişıq" ASC öz abonentlərinə 19 elektron xidmət təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti