...

İran Azərbaycanla ticarəti inkişaf etdirmək üçün addımlar atmaqdadır - Nazir müavini

İqtisadiyyat Materials 25 İyun 2022 17:31 (UTC +04:00)
İran Azərbaycanla ticarəti inkişaf etdirmək üçün addımlar atmaqdadır - Nazir müavini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Azərbaycanla ticarətin inkişaf etdirilməsi istiqamətində addımlar atmaqdadır.

Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Ticarət İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak Trend-in sorğusuna cavabında deyib.

Ə.Peymanpakın sözlərinə görə, hazırda iki ölkə arasında Astara sərhəd gömrük məntəqəsinin genişləndirilməsi gündəmdədir. Bu gömrük məntəqəsi Şimal-Cənub Dəhlizi üzərində yerləşir. Bu istiqamətdə hazırda Astaraçay üzərində körpü tikilməkdədir. Çünki Astara sərhəd-buraxılış məntəqəsi maksimum səviyyədə fəaliyyət göstərsə də, yenə də yük maşınları bir neçə gün gözləməli olurlar.

Nazir müavini deyib ki, Şimal-Cənub Dəhlizində ticarət və tranzit əlaqələrinin artırılması üçün ən önəmli infrastrukturlardan biri Rəşt-Astara dəmiryoludur. Bu dəmiryolunun tikintisi hökumətin yerli vəsaiti hesabına başlanacaq. Eyni zamanda, Rusiya tərəfi ilə də müzakirələr aparılıb və Rusiya bu dəmiryolunun tikintisində vəsaitin təmin olunması üzrə hazır olduğunu bildirib. Bu dəmiryolunun istifadəyə verilməsi ilə Şimal-Cənub Dəhlizindəki əsas problem həll olunacaq. Hazırkı şəraitdə Şimal-Cənub Dəhlizi təxminən 30% aktivdir. Cənub-Şərqi Asiya və Hindistandan yüklər bu istiqamətdə daşınır”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə, bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti