...

ÜDM-in profisiti 23-25 faiz olacaq - Mərkəzi Bank

İqtisadiyyat Materials 5 İyul 2022 14:59 (UTC +04:00)
ÜDM-in profisiti 23-25 faiz olacaq - Mərkəzi Bank

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin sonuna tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 23-25% intervalında profisitin olacağı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, ölkədə dayanıqlı makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması və gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə Mərkəzi Bank tərəfindən bir sıra mühüm tənzimləyici tədbirlər icra edilmiş, o cümlədən Hökumət və bankın idarəetmə orqanları ilə birlikdə Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və onun institusional fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması üzrə yüksək nailiyyətlər əldə olunub. Əldə edilmiş nəticələrin dayanıqlığının təmin olunması, bankın sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsi məqsədilə Mərkəzi Bankın xarici valyuta ehtiyatlarından istifadə etməklə banka 236 mln. ABŞ dolları həcmində vəsait satılıb.

Bildirilib ki, cari ildə Mərkəzi Bankın xarici valyuta ehtiyatları valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə alışlar hesabına xalis olaraq 297 mln. ABŞ dolları həcmində artıb.

"İlin ötən dövrü ərzində valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində Mərkəzi Bankın xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcəyi proqnozlaşdırılır", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti