...

Türkiyə dünya bazarlarına 15 milyarddan çox avtomobil ixrac edib

İqtisadiyyat Materials 8 İyul 2022 11:24 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 15,3 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyun ayında Türkiyə 2,8 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 17,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 30,2 milyard dollar məbləğində avtomobil ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti