...

“Azərbaycan Dəmir Yolları”nda yoxlamalar aparılır? - AÇIQLAMA

İqtisadiyyat Materials 9 İyul 2022 10:19 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları”nda yoxlamalar aparılır? - AÇIQLAMA

Bakı. Trend:

Yerli KİV-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılması ilə bağlı məlumatlar yayılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq "Azərbaycan Dəmir Yolları" QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb.

"Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti