Bakı. Trend:
2022-ci ilin iyununda Azərbaycanda pul kütləsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz artaraq 26,164 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 9,08 faiz artaraq 11,712 milyard manat, geniş pul kütləsi 26,4 faiz artaraq 38,29 milyard manata, sövdələşmələr üçün pul kütləsi 21,61 faiz artaraq 22,549 milyard manata bərabər olub.
(Tərcümə: Orxan Nəbiyev)