...

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’IDDA AWARDS’’ müsabiqəsini elan edir

İqtisadiyyat Materials 21 Sentyabr 2022 14:28 (UTC +04:00)
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’IDDA AWARDS’’ müsabiqəsini elan edir

Bakı. Trend:

Azərbaycan innovasiya ekosisteminin inkişafına töhfə verən fəal oyunçuların 9 nominasiya üzrə təltifolunma mərasimi keçiriləcək.

Məlumat üçün bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi milli innovasiya ekosisteminin inkişafına önəmli töhfə verən potensial oyunçuları təşviq etmək baxımından “IDDA Awards” müsabiqəsini elan edir.

Müsabiqənin keçirilməsində əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını aşkar etmək, onları geniş ictimaiyyətə tanıtdırmaq və innovasiya sahəsinə olan marağı artırmaqdır.

‘’IDDA Awards’’ müsabiqəsinin qeydiyyat prosesinə 21 sentyabr 2022-ci il tarixindən etibarən start verilir. Müsabiqənin şərtləri ilə tanış olmaq və müvafiq nominasiyalar üzrə namizədliyini irəli sürmək istəyən şəxslər və ya müəssisələr awards.idda.az veb səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.

Sözügedən müsabiqə ilə bağlı Agentliyin innovasiya ekosisteminin quruculuğu departamentinin rəhbəri Leyla Hacıyeva bildirib: ’’Ölkə tarixində ilk dəfə olaraq innovasiya ekosisteminin fəal oyunçularının aşkar edilməsində həm ictimai səsvermə həm də münsiflər heyətinin qərarı əsas götürüləcək. Əminəm ki, gələcəkdə silsilə xarakter daşıyan ‘’IDDA Awards’’ vasitəsilə biz, ekosistemə töhfə verən yüzlərlə lokomotivləri aşkar edərək onlar arasında konstruktiv əməkdaşlığı təmin edə biləcəyik’’.

Qeyd edək ki, “IDDA Awards” üzrə mükafatlandırma aşağıda qeyd olunan 9 nominasiya üzrə aparılacaqdır:

"İlin Startapı"
"İlin İKT Sahibkarı"
"İlin Kəşfi"
"Ekosistemin Lokomotivi"
"İlin Ekosistem Oyunçusu"
"İlin Rəqəmsallaşması"
"İlin Texnoloji Mediası"
"İlin İnvestoru"
"İlin Bacarıq Gücü "

Mükafatlandırma mərasimi 2 dekabr 2022-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi tərəfdaşı olduğu və ‘’Pasha Holdinq’’ MMC-nin təşkilatçılığı ilə keçiriləcək “Innovation Summit” zirvə toplantısı çərçivəsində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti