...

Xalq Bank əməliyyatları yeni terminallarda!

İqtisadiyyat Materials 26 Sentyabr 2022 12:40 (UTC +04:00)
Xalq Bank əməliyyatları yeni terminallarda!

Bakı. Trend:

Xalq Bank öz müştəriləri üçün növbəti əlçatan xidmətləri istifadəyə verib. Belə ki, artıq Bankın bütün müştəriləri geniş şəbəkəyə malik eMANAT ödəniş terminalları və EPUL onlayn ödəniş portalı vasitəsilə günün istənilən vaxtı müxtəlif növ mədaxil əməliyyatlarını rahatlıqla icra edə biləcəklər.

eMANAT terminalları ilə kart balansının artırılması, cari hesaba mədaxil və kredit ödənişi əməliyyatlarını fiziki şəxslər xidmət haqqı olmadan icra edə bilərlər.

Fərdi sahibkarlar üçün həmin terminal şəbəkəsində cari və kart hesabına mədaxil, hüquqi şəxslər üçün isə cari hesaba mədaxil əməliyyatları təqdim edilir.

EPUL onlayn ödəniş portalı vasitəsilə fiziki şəxslər kredit ödənişi və kart balansının artırılması, fərdi sahibkarlar isə yalnız kart hesabına mədaxil əməliyyatlarını aparmaq imkanını əldə edirlər.

Məlumat üçün bildirmək istərdik ki, Bank daha əvvəl öz müştərilərinə MilliÖn və KorpON ödəniş terminallarında xidmətləri aktiv etmişdi. Beləliklə, artıq Xalq Bank müştəriləri müxtəlif növ mədaxil əməliyyatlarını və ödənişlərini banka gəlmədən daha çox terminal şəbəkəsi vasitəsilə rahatlıqla icra edə biləcəklər.

Xalq Bankın yeni kart məhsulları - XalqKart PETROL XalqKart CASHBACK (məhsullara link) kartlarının balansının artırılmasını da bu terminal şəbəkələrində həyata keçirmək mümkündür.

Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti