...

Azərbaycanda qanunsuz pul köçürmələrinə qarşı mübarizə gücləndirilir

İqtisadiyyat Materials 28 Sentyabr 2022 11:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bak. Trend:

Azərbaycanda qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsullan ilə əlli min manatdan yuxarı məbləğdə pul vəsaitlərinin köçülüməsini təşkil etmiş fiziki şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub.

Trend-in məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusilə külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub.

Təqdim edilən Qanun layihəsinin məqsədi Azərbaycan Respublikasından xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizəni gücləndirməkdir.

Son illər hüquq mühafizə orqanları tərəfindən gizli şəkildə qanunsuz pul köçürmələri ilə məşğul olan şəxslər müəyyən edilib. Onlar yaratdıqları şəbəkə vasitəsilə həm ölkəmizdə, həm də xarici dövlətlərdə fəaliyyət göstərərək müxtəlif üsullarla qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyətini təşkil edirlər.

Nağd şəkildə, anonim, sürətli, aşağı xidmət haqqı tutulmaqla aparıldığından, hər hansı rəsmi qeydiyyat olmadığından, köçürülən pulun mənbəyini və təyinat nöqtəsini izləmək mümkün olmadığından belə qanunsuz pul köçürmələri genişlənir.

Qanunsuz pul köçürmələri ölkədən böyük məbləğdə valyuta sərvətlərinin nəzarətsiz şəkildə çıxarılmasına şərait yaratmaqla, ölkənin maliyyə-iqtisadi sabitliyinə zərbə vurmaqla yanaşı, kölgə iqtisadiyyatı və çirkli pulların yuyulması mexanizmlərinin genişlənməsinə səbəb olur.

Layihədə Cinayət Məcəlləsinin 190-cı maddəsinin Qeyd hissəsinə müvafiq dəyişikliklər etməklə bu əməllərin törədilməsinin xeyli, külli və xüsusilə külli miqdarının məbləği müəyyən edilir.

Eyni zamanda Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilən 206-1-ci maddədə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə hüquqi şəxslər barəsində də cinayət-hüquqi tədbirlərin tətbiq edüməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti