Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 19-da 93,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,83 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 91,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,78 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,35 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 89,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,7 dollar/barel çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)