...

Türkiyənin Gemlik limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 Oktyabr 2022 09:13 (UTC +04:00)
Türkiyənin Gemlik limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin Bursa şəhərində yerləşən Gemlik limanı 9 milyon 318 min 210 ton yük qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 770 min 721 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 547 min 489 ton yük daşınıb.

“2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin Gemlik limanından 436 min 354 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti