Bakı. Trend:
Azərbaycan Hökuməti ilə BMT-nin UNIDO Sənaye İnkişafı Təşkilatı arasında Əməkdaşlığa dair Çərçivə sənədi imzalanıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Azərbaycan Hökuməti ilə BMT-nin UNIDO Sənaye İnkişafı Təşkilatı arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin imzalanması təşkilatla əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə xidmət edən mexanizmlərin icrasına töhfə verəcək", - nazir yazıb.