...

Azərbaycanın xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

İqtisadiyyat Materials 17 Noyabr 2022 15:42 (UTC +04:00)
Azərbaycanın xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 76,8 faiz artaraq 46,299 milyard dollar təşkil edib.

Trend bu barədə bu gün Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, xarici ticarət dövriyyəsinin strukturunda ixracın həcmi 34,711 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. İxracın xarici ticarət dövriyyəsinin strukturunda payı 74,97 faiz təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 64,35 faizə bərabər idi.

Eyni zamanda, xarici ticarət dövriyyəsinin strukturunda idxalın həcmi 11,587 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,15 faiz çoxdur. İdxalın xarici ticarət dövriyyəsinin strukturunda payı 25,03 faiz təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 35,65 faizə bərabər idi.

Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsində 23,123 milyard dollar məbləğində müsbət saldo yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti