...

Azərbaycanla Türkmənistan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 29 Noyabr 2022 14:42 (UTC +04:00)
Azərbaycanla Türkmənistan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi  müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanla Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçirilib.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi apardıq.

İnanırıq ki, səmərəli müzakirələrimiz ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə tərəfdaşlığımızın gücləndirilməsinə töhfə verəcək", - nazir yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti