Bakı. Trend:
2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verilib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.
Qeydiyyata alınmış rezidentlər tərəfindən ümumilikdə 171 mln. manat investisiya yatırılması, 2.400-dən çox iş yerinin yaradılması planlaşdırılır.