...

Qarlı hava Bakı Limanının fəaliyyətinə ciddi təsir etməyib

İqtisadiyyat Materials 9 Yanvar 2023 11:58 (UTC +04:00)
Qarlı hava Bakı Limanının fəaliyyətinə ciddi təsir etməyib

Bakı. Trend:

Havanın kəskin dəyişməsi Bakı Limanın fəaliyyətinə ciddi formada təsir etməyib.

Limandan Trend-ə verilən məlumata görə, əksər əməliyyatlar maneəsiz şəkildə icra edilir. Hazırda küləyin sürəti normadan yüksək olduğundan hündürlükdə icra edilən bəzi əməliyyatlara qısa müddətlik fasilə verilib. İşçilərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb.

Qeyd edək ki, hazırki saatda limanın da yerləşdiyi Ələt qəsəbəsində güclü qar müşahidə edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti